Dünya futbolu

Avropa Liqası: “Yuventus”dan son dəqiqə qolu, “Roma”dan qələbə

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçirilib.

İtaliyada baş tutan matçlarda “Yuventus” İspaniya “Sevilya”sı ilə 1:1 hesablı heç-heçə edib, “Roma” isə Almaniyanın “Bayer” klubuna qalib gəlib.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. “Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya) – 1:1
Qollar: 
Federiko Qatti, 90+7 – Yussef en-Nesiri, 26

Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, “Yuventus” stadionu

23:00. “Roma” (İtaliya) – “Bayer” (Almaniya) – 1:0
Qol: 
Edoardo Bove, 63

Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43