Dünya futbolu

Konfrans Liqasında gecənin nəticələri

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

“Fiorentina” İtaliyada İsveçrə “Bazel”i ilə bacarmayıb – 1:2. Digər matçda isə “Vest Hem” İngiltərədə Niderlandın “AZ Alkmaar” klubu üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. “Fiorentina” (İtaliya) – “Bazel” (İsveçrə) – 1:2
Qollar: 
Artur Kabral, 25 – Andi Diuf, 71. Andi Zekiri, 90+3

Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, “Artemio Franki” stadionu

23:00. “Vest Hem” (İngiltərə) – “AZ Alkmaar” (Niderland) – 2:1
Qollar: 
Səid Benrahma, 67 (penalti). Maykl Antonio, 76 – Ticani Reynders, 41

Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, “London” stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43