Kateqoriyasız

“Avropa Liqasında qrupdan çıxmaq istəyirik” – Filip Ozobiç

“Təəssüf ki, pley-offa kimi gəlsək də, qruplara qala bilmədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın futbolçusu Filip Ozobiç “Viktoriya” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Futbolda belə hallar baş verir. Artıq önümüzə baxmalıyıq. Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Amma yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxmışdıqsa, bu mövsüm eynisini Avropa Liqasında etmək və qrupdan çıxmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43