Kateqoriyasız

“Top gözləmədiyim anda önümə düşdü və qol vurdum” – “Viktoriya”nın futbolçusu

“Qələbə qolunu vurduğum üçün sevinirəm. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Viktoriya” (Plzen) klubunun futbolçusu Yan Kliment  “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri  cavab oyunundan sonra deyib. O, daha sonra belə davam edib:

“Oynayacağımı bilirdim. Hamı belə görüşlərdə meydanda olmaq istəyir. Karyeramın ən önəmli matçı idi.  Oyuna hazırlaşmışdım. Təəssüf ki, qapıçıya tərəf qaçanda əzələm dartıldı. Əvəzləmə işarəsi verməyə vaxtım yox idi”.

Qeyd edək ki,  “Qarabağ”  UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43