Dünya futbolu

“Bu, gerçəkləşən bir yuxu idi” – “Viktoriya”nın futbolçusu

“Çox sevincliyik. İki görüşü də əla idarə elədik. Altı görüşdən beşində qalib gəldik, bir dəfə heç-heçə etdik. Bu, gerçəkləşən bir yuxu idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Pavel Buxa “Qarabağ”la cavab görüşünün ardından deyib. O, daha sonra belə davam edib:

“Əsas hədəflərimizdən biri qruplara qalmaq idi. Bunu bacardıq. Hesabda geriyə düşməm bizə çətinlik yaratdı. Ancaq komandamın sona qədər mübarizəsi məni sevindirdi. Çempionlar Liqasında oynamağa davam etmək çox yaxşıdır.

“Qarabağ”ın səviyyəsini nəzərə alsaq, çətin oyunlar idi. Azarkeşlərin dəstəyi möhtəşəmdir. İlk hissənin sonunda qol buraxmaq bizi təmiz yıxmışdı. İndi artıq qruplar barədə düşünməliyik. Bizi orada çətin rəqiblər gözləyir”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43