Dünyadan

Avropa Liqasının rəmzi 11-liyi açıqlandı

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, UEFA turun rəmzi heyətini müəyyənləşdirib. “Qarabağ” və “Qəbələ”nin heç bir futbolçusu simvolik heyətə düşə bilməyib.

“Qəbələ” ilə oyunda fərqlənən “Anderlext”in üzvü Yuri Tilemans rəmzi heyətə düşməyi bacarıb.

 

Qapıçı: Stefan Ruffye (“Sent-Etyen”)

 

Müdafiəçilər: Kosta Namoynesu (“Sparta”), Martin Şkrtel (“Fənərbaxça”),  Dario Srna (“Şaxtyor” Donetsk)
 

Yarımmüdafiəçilər: Yevgeni Konoplyanka (“Şalke”), Yuri Tilemans (“Anderlext”), Kostas Fortunis (“Olimpiakos”), Donni van de Bek (“Ayaks”)
 

Hücumçular: Ueyn Runi (“Mançester Yunayted”), Arits Aduris (“Atletik” Bilbao), Edin Ceko (“Roma”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43