İdman

Avropa Multi Oyunlarında üç medal

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multi Oyunlarında 3 medal qazanıb.

İdmanxeber.az Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, Məhəmməd Həsənli (48 kq) turniri ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü pillədə başa vurublar.

Bu gün yeniyetmə taekvondoçular dayanq üzərinə çıxacaqlar. Millimiz bu yarışda 8 oğlan, 8 qız idmançı ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43