Kateqoriyasız

Azərbaycan paraüzgüçüsü dünya rekorduna imza atıb

Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.

İdmanxeber.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, üçqat Paralimpiya çempionu Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında 1 dəqiqə 58.36 saniyəlik nəticə göstərib.

Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.

Roman Saley, həmçinin 100 metr məsafəyə butterfly, millimizin digər üzvü, Paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu yarışlarda finala yüksəliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43