Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 4 idman növündə mübarizə aparacaq.
Üç karateçimiz və eyni sayda Yunan-Roma güləşçimiz yarışa start verəcək. Bundan başqa, boksçu Alfonso Dominqes qızıl medal qazanmaq üçün final döyüşünə çıxacaq. Gimnastımız İvan Tixonov yarışlara bu gün qoşulacaq.
Karate
10:20. Kişilər, kata
Roman Heydərov
Qadınlar, 68 kq
12:00.İrina Zaretska – Silviya Semeraro (İtaliya)
12:20.İrina Zaretska – Alize Aqier (Fransa)
12:35.İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)
Kişilər, 84 kq
13:30.Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
13:50.Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
14:05.Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)
Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)
13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)
13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)
İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov
Boks
18:55. 81 kq, final
Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)