Kateqoriyasız

“Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək”

“Avropa Oyunlarının bağlanış mərasimi hər bir şəxsin xoşuna gələcək bir tədbir olacaq”.

İdmanxeber.com-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, indiyədək 217 medal dəsti öz sahini tapıb. Azərbaycan qazandığı uğurlara görə ikinci pillədədir. Bu gün isə 27 medal dəsti öz sahibini tapacaq.

S.Kleq deyib ki, hava şəraitinnn küləkli keçməsi ilə əlaqədar olaraq, bu gün BMX velosiped yarısları keçirilməyəcək. Velosiped yarışlarının final yarıslarının sabah keçirilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43