Kateqoriyasız

“Ayntraxt” millimizin daha bir futbolçusunu transfer etmək istəyir: onun üçün gəlirlər – AÇIQLAMA

Almaniyanın “Ayntraxt” klubu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Bakı”nın futbolçusu Mahir Mədətovla yaxından maraqlanır.

Bu barədə idmanxeber.com-a futbolçu özü məlumat verib. 

Yarımmüdafiəçi bildirib ki, Frankfurt təmsilçisinin rəsmiləri onu U-19 komandamızın heyətində Almaniyadakı toplanışı zamanı bir daha izləyəcəklər:

“Özümü ən yaxşı tərəfdən göstərəcəm. İnşAllah yaxşı alınar. Hər şey bir Allahın, bir də mənim əlimdədi”.

Qeyd edək ki, azərbaycanlı qapıçı Emil Balayev də “Ayntraxt”da forma geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43