Kateqoriyasız

“Ayntraxt”, “Vilyareal” və “Rubin” “İnter”ə rəqib oldu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" komandasının ev sahibi olduğu Şəfa stadionunda futbol həyəcanı başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, belə ki, 16-20 iyun 2014-cü il tarixlərində Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turniri start götürəcək.

AFFA-nın dəstəyi, Azərbaycan Beynəlxalq Bankının, "İnter" Peşəkar Futbol Klubunun və Bakı Futbol Federasiyasının təşkilatçılığıyla keçirilən turnirdə iştirak edən komandaların adları məlumdur. Belə ki, bu il baş tutacaq turnirdə Azərbaycanın "İnter", İspaniyanın "Villarreal", Türkiyənin "Beşiktaş", Serbiyanın "Partizan", Almaniyanın "Ayntraxt", Ukraynanın "Karpatı", Rusiyanın "Rubin" və "Gürcüstanın "Dinamo" komandaları iştirak edəcək.Turnir iştirakçıları iki qrupa bölünərək kubok uğrunda mübarizə aparacaqlar. Yarış 2000-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.

A qrupu

“İnter” (Azərbaycan)

“Vilyarreal” (İspaniya)

"Rubin" (Rusiya)

“Ayntraxt” Frankfurt (Almaniya)

B qrupu

“Beşiktaş” (Türkiyə)

“Karpatı" (Ukrayna)

“Partizan” (Serbiya)

“Dinamo (Gürcüstan)

Turnirin təqvimi:

A qrupu

1-ci tur-16 iyun

“İnter”-“Ayntraxt”

“Vilyarreal"-"Rubin"

2-ci tur-17 iyun

“İnter”-“Vilyarreal”

“Rubin”-“Ayntraxt”

3-cü tur-18 iyun

“Rubin”-“İnter”

“Ayntraxt”-"Vilyarreal"

B qrupu

1-ci tur-16 iyun

“Karpatı”-“Partizan”

“Beşiktaş”-“Dinamo”

2-ci tur-17 iyun

"Partizan"-"Dinamo”

"Beşiktaş"-"Karpatı"

3-cü tur-18 iyun

“Dinamo”-"Karpatı"

“Partizan-“Beşiktaş”

İkinci mərhələ

19 iyun

A-4-B-4 (7-8-ci yerlər)

B-3-A-3 (5-6-cı yerlər)

21 iyun

A-2-B-2 (3-4-cü yerlər)

B-1-A-1 (1-2-ci yer uğrunda oyunlar)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43