Ölkə futbolu

“Neftçi”də futbolçu qalmadı: azarkeşlərin sevimlisi də gedir

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayıra bilər.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun braziliyalı futbolçusu Bruno Bertuççi karyerasını vətənində davam etdirmək şansı əldə edib. Belə ki, “ağ-qaralar”ın “solaxayı” ölkəsindən gələn təklifi dəyərləndirmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

Hələ ki, adı açıqlanmayan klub Bertuççiyə görə, “Neftçi”yə hər hansı rəsmi təklif göndərməyib. Lakin futbolçu danışıq apardığı klubla ortaq məxrəcə gəlsə, o zaman həmin komanda “Neftçi”yə rəsmi müraciət edəcək.

Qeyd edək ki, “Neftçi” buna kimi Rəşad Sadiqovu XL-ə verib. İcarədən qayıdan Vobayı da istəyən komanda olsa paytat klubu onun da yolunu kəsməyəcək. Bahodir Nasimov, İqor Mitreski (karyerasını da bitirib), Mahir Şükürov komandadan ayrılan futbolçulardı. Bundan başqa müdafiəçi Tərlan Quliyev də böyük ehtimalla “Qarabağ”a keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43