Kateqoriyasız

“Ayntraxt”ın baş məşqçisindən Emil Balayevlə bağlı bəd xəbər

Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış etdiyi “Ayntraxt” klubunda qışa qədər yaşıl meydanlardan uzaq qalacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe məlumat verib: “Emil qışa qədər oynaya bilməyəcək. Bu müddət həqiqətən onun üçün çətin keçəcək”.

Komandanın 3-cü qapıçısı olan Balayevin stomatoloji əməliyyat keçirməsi səbəbindən məşqlərə qatılmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43