İdman

Ayxan Abbasov: “Bu səbəbdəndi ki, 8 oyundu “Qarabağ”a qol vura bilmirik”

“Çətin oyuna çıxacağımızı bilirdik və hazırlaşmışdıq. İlk dövrədə məğlub olmadığımız üçün çox sevincliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan “Qarabağ” – “Zirə” matçının ardınca təşkil edilən mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov deyib. Qarşılaşmanı şərh edən Abbasov futbolçularından razı qaldıqlarını bildirib:

“Demək olar, uşaqlar bütün tapşırıqlarımı yerinə yetirdi. Matçın sonlarında bir səhvimiz oldu. Müdafiədə etibarlı oynadıq ki, qol buraxmadıq. “Qarabağ”ın səviyyəsi çox yüksəkdi. Bu səbəbdəndi ki, 8 oyundu qol vura bilmirik. Avropa Liqasında qazandığımız təcrübə sayəsində ölkə çempionatında da inamla irəliləyirik. Biz gənc komandayıq və çalışırıq ki, hər bir oyundan maksimum təcrübə toplayaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43