Ölkə futbolu

Ayxan Abbasov: “Neftçi” bizə ustalıq sayəsində qalib gəldi“

“Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. “Neftçi” birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı…Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turunda “Neftçi”yə qarşı oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra azarkeşlərin hakimlərlə bağlı səsləndiriyi şüarlara fikir bildirib:

Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43