Ölkə futbolu

Bojoviç: “Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb”

“Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və meydanda nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq. Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada, Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqib futbolçularla yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 32-ci turunun “Turan Tovuz”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis növbəti turdakı “Qarabağ”la görüş barədə də fikirlərini bildirib:

– Statistikanın bizim xeyrimizə işlədiyini bilirsiz. Deyə bilmərəm ki, statistikada bu qədər qol buraxırıq. Amma həftə ərzində işləyəcəyik və çalışacağıq ki, uğur qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43