Ölkə futbolu

“Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar” – rusiyalı məşqçi

“Azərbaycan millisini çalışdıracağım barədə məlumatlar var. Amma hələlik məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Onların millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri rusiyalı baş məşqçisi Stanislav Çerçesov yığma komandamızı çalışdıracağı barədə çıxan söz-sözbətlər barədə danışarkən deyib.  60 yaşlı mütəxəssis Azərbaycan mentalitetinə bələd olduğuna görə ölkənin milli komandasını çalışdırmağın onun üçün asan olacağını düşünür:

“Artıq Rusiya millisi ilə çalışmışam. Rusiyadakı dünya çempionatında isə tarixin ən yaxşı nəticəsini əldə edə bildik. Azərbaycanda futbolçular və məşqçilər heyəti ilə hamının başa düşdüyü bir dildə danışmaq imkanı var. Bu mənada, Azərbaycan xalqının, milli komandanın oyunçularının mentalitetini, mədəniyyətini dərindən bilmək də yaxşı köməkdir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43