16 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan – İsveç oyunu Türkiyə kanalından canlı yayımlanacaq

Azərbaycan millisi Millətlər Liqası qrup mərhələsində ilk oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, komandamız bu gün ilk turda İsveçi qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Oyun Azərbaycanda “CBC Sport” kanalı ilə yanaşı, Türkiyədə də canlı yayımlanacaq. Matç Acun Ilıcalının sahib olduğu “TV 8,5” telekanalından nümayiş etdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43