Dünya futbolu

Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri

UEFA Konfrans Liqasında “Neftçi”, “Qəbələ” və “Zirə”nin üçüncü mərhələdəki potensial rəqibləri bəlli oldu.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Neftçi” II raundda Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, aşağıdakı cütlüklərin birinin qalibi ilə görüşəcək:

“Tvente” (Niderland),

“Mölde” (Norveç) / “Elfsborq” (İsveç) cütünün qalibi

“Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi

“Hapoel” (Beer-Şeva, İsrail) / “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Levski” (Sofiya, Bolqarıstan) / PAOK (Yunanıstan) cütünün qalibi

Digər iki təmsilçimiz – “Zirə”ylə “Qəbələ” isə III raundda səpələnmişlər səbətində yer alacaq. “Qartallar” İsrailin “Makkabi” (Tel-Əviv) komandasını turnirdən kənarlaşdırsa, aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:

“Rujomberok” (Slovakiya) – “Riqa” (Latviya) cütünün qalibi

“Kızıl Jar” (Qazaxıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Vikinqur” (Farer adaları) – DAK 1904 (Slovakiya) cütünün qalibi

“Qzira Yunayted” (Malta) – “Radniçki” (Serbiya) cütünün qalibi

“Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi

Konfrans Liqasındakı üçüncü təmsilçimiz olan “Qəbələ” isə Macarıstanın “Fehervar”ını keçəcəyi təqdirdə bu rəqiblərdən biri ilə qarşılaşacaq:

Panatinaikos” (Yunanıstan)

“Sepsi” (Rumıniya) – “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Vlajnaya” (Albaniya) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

“Koper” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Petrokub” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi

İyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Həmin gün ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın da rəqibi bəlli olacaq. Ağdam təmsilçisi II mərhələdə İsveçrə “Sürix”ini üstələsə, səpələnmişlər səbətində yer alacaq və “Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibi, yaxud da Kiprin “Apollon” (Limassol) klubuna rəqib olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43