Kateqoriyasız

“Qəbələ”nin “Fehervar”la oyunu canlı yayımlanmayacaq? – AÇIQLAMA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində təmsilçilərimizdən “Qəbələ” iyulun 21-də səfərdə “Fehervar”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanıb-yayımlanmayacağı sual altındadı.

“CBC Sport” kanalının baş redaktoru Şəmsəddin Abbasov saytımıza açıqlamasında bildirib ki, qarşı tərəflə danışıqlar gedir:

“Qəbələdəki cavab matçını “CBC İnternational” yayımlayacaq. Macarıstanda keçiriləcək ilk oyunun yayımı üçün də qarşı tərəflə danışıqlar gedir”.

Qeyd edək ki, 3 təmsilçimiz – “Neftçi”, “Zirə” və “Qəbələ” eyni gündə mubarizəyə başlayacaq və aşağı-yuxarı oyunlar eyni vaxtda start götürəcək. “Neftçi”nin oyununu “CBC Sport”, “Zirə”nin Bakıdakı matçını isə İTV canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43