İdman

Azərbaycanlı cüdoçu gümüş medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pri turnirinin ikinci günün görüşləri başa çatıb.

İdmanxeber.az xəbər verir ki, 81 kq. çəki dərəcəsində yarışan Səid Mollayi komandamızın aktivinə gümüş medal yazdırıb.

O, finalda fransalı Alfa Ömər Dcaloya uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43