19 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan Kuboku: “Zirə” və “Qarabağ”dan qələbə – YENİLƏNİB

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start verilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Səbail” və “Zirə” komandaları üz-üzə gəlib. Qəsəbə təmsilçisi ilk oyundan qalib ayrılıb – 2:1.

İkinci oyunda “Qarabağ” “Sabah”ın qonağı olub. Oyun Ağdam klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 7:1.

Bu cütlərdə cavab matçları fevralın 8-də reallaşacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar

15:00. “Səbail” – “Zirə” 1:2

Qollar: Anas Najah, 48-avtoqol (0:1), Ruan Renato, 60 (0:2), Aleksandr Ramalinqom, 70 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ” 1:7

Qollar: Hamidu Keyta, 20 (0:1), Juninyo, 28 (0:2), Nəriman Axundzadə, 45+3 (0:3), Juninyo, 55 (0:4), Cesse Sekidika, 63 (1:4), Abdullah Zubir, 77, 90+2 (1:5), (1:7), Adama Diakabi, 87 (1:6)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43