Ölkə futbolu

Azərbaycan Kubokuna final oyununun biletləri satışa çıxır

Azərbaycan Kubokunun final oyununun biletlərinin satış tarixi açıqlanıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iyunun 2-də, saat 20:00-da başlayacaq “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri mayın 25-dən etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43