Dünya futbolu

“Mançester Yunayted” millinin futbolçusunu istəyir

“Kristal Pelas”ın müdafiəçisi Mark Qexi karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə millisinin 23 yaşlı futbolçusunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

Bu mövsüm Qexu 29 oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 38 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43