Kateqoriyasız

Azərbaycan kubokunda nominal meydan sahibi bilindi – FOTOLAR

Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. 

İdmanxeber.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər. PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu 27 may tarixində Qəbələ şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43