Kateqoriyasız

Azərbaycan Kubokunun final matçının stadionu açıqlandı

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Matç 27 may saat 19:00 tarixinə təyin olunub. Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi 5 may saat 12:00-da AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43