Kateqoriyasız

“Azərbaycan millisi ikinci hissədə bizə çətinlik yaratdı” – Fernandu Santuş

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun barədə fikirlərini bildirib.

O, 1:1 hesablı qələbəni belə şərh edib:

“İlk hissədə oyuna tamamilə nəzarət edirdik, amma qol vəziyyətləri yaratmaq baxımından çətinlik çəkirdik. İntizamlı, kompakt oyun nümayiş etdirirdik, topu itirən kimi dərhal onu yenidən ələ keçirməyə çalışırdıq. Azərbaycan fasilədən sonra oyun planında dəyişiklik etdi. Əsasən qısa ötürmələrdən istifadə etməklə özünə inamı qaytardı və bizə çətinliklər yaşamağa başladı. Hücum xəttində oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Əsas qələbə qazanmaq idi. Onu da əldə etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43