Kateqoriyasız

Azərbaycan millisinin üzvü Latviya klubunda

“Sabah”ın futbolçusu Şakir Seyidov karyerasını Latviyada davam etdirəcək.

Azərbaycan U-21 millisinin də üzvü olan futbolçu Latviyanın “Dauqavpils” klubu ilə anlaşıb.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirb ki, Seyidov müqavilə bağlamaq üçün artıq Latviyadadı.

O, mövsümün sonuna kimi “Dauqavpils”də çıxış edəcək.

Azərbaycan U-21 millisinin üzvü Asim Əlizadə də “Dauqavpils”in formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43