AFFA-nın bir qrup əməkdaşı və Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan bir neçə hakim könüllülük prinsipi əsasında koronavirus əleyhinə vaksinasiya prosesində iştirak edib.
Həmin kateqoriyadan olan şəxslərə müvafiq vaksinin birinci dozası vurulub.