İdman

“Azərbaycanda oynamaq yaxşı təcrübədir” – amerikalı oyunçu

“Komandamız üçün yaxşı qələbə oldu. Rəqiblər qarşısında kollektiv oynamağa üstünlük veririk. Heyətdə hər kəs olduqca istedadlıdır. Hamının bacarığından istifadə etməliyik”.

Bu sözləri idmanxbeber.az saytına basketbol üzrə NTD komandasının oyunçusu Cremi Heys dünən “Gəncə”yə qarşı alınan qalibiyyət barədə danışarkən deyib. Amerikalı oyunçu komandasının hədəfinin çempionluq olduğunu açıqlayıb:

“Bütün məqsədimiz budur. Hədəflərimizə addım-addım getməliyik. Hər oyun çox vacibdir”.

Ceremi Heys ölkəmizdəki basketbola olan maraqdan da danışıb. O, burada bu idman növünə kifayət qədər rəğbət olduğunu bildirib:

“Mənim üçün Azərbaycanda oynamaq yaxşı təcrübədi. Tanış olduğum azarkeşlər çox gözəl insanlardır. Onlar mənə çoxlu sevgi göstərirlər. Bizə verdikləri dəstək vacibdir və bunları müsbət qiymətləndirirəm. Ən çətin problem isə dil məsələsidir. Bu, bəzən hər şeyi düzgün anlamaqda çətinlik yaradır.

Çempionatın səviyyəsi pis deyil, daha da inkişaf etməlidir. Ancaq onu deyim ki, burada hər gün öz üzərində işləyən, irəli gedən oyunçular var”.

NTD-nin legioneri paytaxtımızı çox bəyəndiyini də sözlərinə əlavə edib: “Şəhər çox xoşuma gəlir. Burada mədəniyyəti öyrənməkdən və yeni şeylər sınamaqdan zövq alıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43