Dünya futbolu

Azərbaycanlı futbolçu baş məşqçi ilə dalaşıb

Rusiyanın “Ximki” klubunda çıxış edən Azərbaycanlı futbolçu Ayaz Quliyev baş məşqçi ilə dalaşıb.

İdmanxeber.az “Sport Ekspress” nəşrinə istinadən xəbər verir ki, təlim-məşq toplanışında olan komandada insident baş verib.

Belə ki, Ayaz baş məşqçi Spartak Qoqniyevin ona qarşı çoxsaylı iradlarından narahat olub. Əsəblərini cilovlaya bilməyən Quliyev hətta dalaşmaq üçün onu kənara çağırıb.

Digər futbolçuların səyi nəticəsində Ayazı sakitləşdirmək mümkün olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43