Dünya futbolu

“Gent”də vacib itki – “Qarabağ” oyununu buraxa bilər

“Gent” klubunun futbolçusu Vadis Ocica-Ofoe zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ölkə çempionatının XX turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənıb. Onun dizindən əməliyyat olunduğu bildirilir.

Vadisin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43