19 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçunun Makedoniya klubuna transferi baş tutmadı

Azərbaycanlı futbolçu Ruslan Hacıyevin Makedoniya klubuna keçidi alınmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, bir müddətdir sözügedən ölkənin “Makedoniya QP” klubunun düşərgəsində olan müdafiəçinin transferi baş tutmayıb. Hacıyevin performansı komandanın məşqçilər heyətini razı salsa da, yarımmüdafiəçi viza problemi səbəbindən karyerasını ölkə xaricində davam etdirə bilməyəcək.

Makedoniya klubu məsələni həll etmək üçün səy göstərsə də, problemi həll etmək mümkün olmayıb. 25 yaşlı futbolçu bir müddətdir komanda ilə Xorvatiyada təlim-məşq toplanışında idi. 

Transferi alınmayan oyunçu bu gün Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43