İdman

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli referiyə Türkiyənin İstanbul şəhərində keçiriləcək D qrupu matçını həvalə edib.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) – “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasını idarə edəcək.

Yanvarın 18-dəki görüşün ikinci hakimi funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43