Kateqoriyasız

AZAL-da “Qarabağ”la oyunqabağı toplantı

AZAL klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ”la  oyun öncəsi  komanda ilə görüş keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.

Görüşdə F.Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib.

Daha sonra çıxış edən  baş məşqçi Tərlan Əhmədov futbolçularına inandığını bildirməklə bərabər, onlardan qələbə seriyasını davam etdirməyi də istəyib. Baş məşqçi “Qarabağ” və “Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.

Qeyd edək ki, AZAL – “Qarabağ”oyunu bu gün saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43