Dünyadan

“Barselona” azarkeşləri üçün bir ilk

“Barselona” bu gün La Liqada ilkə imza atacaq.

İdmanxeber.com-un məlumatına görə, “Barsa” təmsil etdiyi Kataloniyanın bayrağının rənglərində olan sarı-qırmızılı forma ilə ilk ev matçına çıxacaq. 

İspaniya nəhəngi La Liqada bugünə kimi ev oyunlarında bu rəngli formada çıxmamışdı. Lakin Bilbao “Atletik”i ilə baş tutacaq oyunda futbolçular Kataloniyanın müstəqil olmasına dəstək məqsədilə bu rəngli forma altında ilk dəfə azarkeşləri önünə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43