Premyer Liqa

AZAL-la matç öncəsi “Qəbələ”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XXIII turunda AZAL-ın qonağı olacaq “Qəbələ” görüşə üç itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Vitali Vernidubla Elvin Camalov zədə səbəbindən “təyyarəçilər”lə matçı buraxmalı olacaqlar.

Zədəyə görə “Neftçi” ilə oyunda iştirak etməyən Rəşad Sadiqovun durumu isə qeyri-müəyyəndir. Təcrübəli yarımmüdafiəçi böyük ehtimalla AZAL-la oyunda meydanda olmayacaq. Amma onun oyunayıb-oynamayacağı oyun saatına yaxın müəyyənləşəcək.

Bundan başqa, səhhətindəki problemə görə “Netçi” ilə oyunu buraxan Ruslan Qurbanov artıq sağalıb, müdafiəçi Rasim Ramaldanovun zədəsi ilə bağlı heç bir problemi qalmayıb. Onlar AZAL-la oyunda meydanda olmaq gücündədirlər.

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu martın 19-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43