Premyer Liqa

AZAL – “Neftçi” matçında BİABIRÇILIQ

Premyer Liqanın 18-ci turunda "Neftçi" səfərdə AZAL-a 2:1 hesabı ilə məğlub olub.

Matç oyunsonrası baş verən qalmaqallarla yadda qalıb. Belə ki, məğlubiyyəti həzm edə bilməyən "Neftçi" rəsmiləri acığını jurnalistən çıxıb. Oyundan sonra baş verən qarışıqlıqda nələrin baş verdiyini aydınlaşdırmağa və şəkil çəkməyə çalışan bir jurnalist "Neftçi" rəsmilərinin təzyiqi ilə üzləşib. Vəziyyət o həddə çatıb ki, klub rəsmiləri jurnalistin əlindən telefonunu alaraq onun çəkdiyi şəkilləri silməsini tələb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43