Kateqoriyasız

Azarkeş axını: “Qarabağ” – “Seltik” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Qarabağ" – "Seltik" matçı üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun üçün ötən gün satışa çıxarılan biletlərdən 11 mini satılıb. Bu rəqəm daha böyük ola bilərdi. Lakin kassaların məlum "qara bazar" olayından sonra erkən bağlanması, məhz bu sayda biletin satılmasına səbəb olub.

İlk gündən kassalar qarşısında izdiham yaşanır. Ümumilikdə isə oyun gününə kimi bütün biletlərin satılıması gözlənilir.

Qeyd edək ki, "Qarabağ" – "Seltik" matçı avqustun 5-də, saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43