Kateqoriyasız

Dmitri Nazarovdan məhsuldar ötürmə, komandası yenə xalsız qaldı

Almaniya ikinci Bundesliqasında 2-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu mitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” doğma meydanda “Sankt-Pauli” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Start heyətdə meydana çıxan Dmitri fasilədə əvəzlənib. O, bu görüşdə komandasının vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Karlsrue” iki turdan sonra xalsızdır və 16-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43