Dünya futbolu

Azarkeşlər klub düşərgəsinə hücum edib

Azarkeşlər klubun düşərgəsinə gələrək komandaya xəbərdarlıq ediblər.

Argentinanın “Nevells Old Boys” klubunun azarkeşləri bu gün komandanın düşərgəsinə gələrək futbolçulara hücum edib. Tərəfdarlar bunu komandanın hazırki uğursuz çıxışına görə və Argentina kubokunun yarımfinal oyunu öncəsi əzəli rəqibləri “Rosairo Central”a qarşı keçirəcəkləri matç üçün oyunçulara gözdağı vermək istədiklərini bildiriblər.

Qeyd edək ki, “Nevells Old Boys” komandası hazırda Argentina çempionatında 22-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43