Ölkə futbolu

“Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm”

“Neftçi”nin futbolçusu Yuri Matias klubun televiziyasına açıqlama verib.

İdmanxeber.az-ln məlumatına görə, braziliyalı müdafiəçi Premyer Liqanın IX turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:

“Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır: “Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Qeyd edək ki, oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43