Kateqoriyasız

Azarkeşlər “Qarabağ”ı tək buraxmayacaq: axşamkı oyuna nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sent-Etyen” matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Respublika stadionunda keçiriləcək qarşılaşmaya 23 min bilet satılıb.

Matç saatına kimi isə digər biletlərin satılıb qurtarması gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına stadion 31200 azarkeşi qəbul edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43