Ölkə futbolu

“Azarkeşlər super “Bakı” görəcəklər”

İspaniyada təlim-məşq toplanışı keçirən “Bakı” klubunun futbolçusu Şəhriyar Əliyev idmanxeber.com-a açıqlama verib. İstedadlı futbolçu hazırkı toplanış barədə saytımıza bunları deyib: 

“Hazırlıq əla keçir. Futbolçular var gücü ilə çalışır. Adamın özünə də ləzzət edir (gülür). Bu toplanış bizə çox xeyir verəcək. Çünki burada fiziki hazırlığa daha çox önəm verirlər. İkinci yarıda azarkeşlər super “Bakı” görəcəklər”.

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43