Ölkə futbolu

“Rəvan” braziliyalı futbolçu sınayır

"Rəvan" baxışa bir futbolçu dəvət edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu Julio Sezar Mendesdir. 30 yaşlı müdafiəçi 2006-cı ildə Avropaya ayaq açıb. “Dənizlispor”, "Əskişəhərspor" və “Kocaelispor”da oynadıqdan sonra – 2010-cu ildə Donetsk “Metallurq”una keçən braziliyalı daha sonra aşağı dəstə klublarında forma geyinib. Onun son klubu "Adana Demirspor" olub. Ancaq futbolçunun burada oynadığı barədə heç bir məlumat yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43