Kateqoriyasız

Azarkeşlərimizin fitə basacağı güman edilən azərbaycanlı: “Bu oyuna görə əlavə motivasiya yoxdu”

Rusiya millisinin azərbaycanlı futbolçusu Aleksandr Səmədov Bakı səfəri öncəsi yerli mətnuata açıqlama verib.

Oktyabrın 15-də "Bakcell Arena"da millimizlə qarşılaşacaq Rusiya yığmasının üzvü olan Səmədov qarşıdakı oyunla bağlı bunları deyib:

“Hamı başa düşür ki, bu, seçmə mərhələdəki sonuncu oyunumuzdu və nə dərəcədə vacib əhəmiyyətə malikdi. Mənim üçün Azərbaycanla oyun digər komanda yoldaşlarım üçün olduğu kimidi. Heç bir əlavə motivasiya yoxdu”.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də “Bakcell Arena”da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43