Milli komanda

“Azərbaycan komanda oyununa görə çox güclü təsir bağışlayır”

“Portuqaliya İsraillə heç-heçə etməklə bizə çox kömək etdi. Baxmayaraq ki, Rusiya özü də lazım olan nəticəni qazanacaq gücdədi. Bakıdakı oyun komandamız üçün asan olmayacaq. Azərbaycanlılar Şimali İrlandiya ilə oyunda obyektiv olaraq daha güclü idilər. Xüsusilə ikinci hissədə meydan sahibləri fiziki cəhətdən daha üstün idilər və daha çox qol vəziyyətləri yaratdılar”. 

Bu sözlər “Qəbələ”nin baş məşqçisi Yuri Syominə məxsusdu.

Rusiyalı baş məşqçi ölkəsinin mətbuatına verdiyi açıqlamada daha sonra bunları qeyd edib:

“Azərbaycan yığmasının Rusiya ilə oyuna hansı vəziyyətdə yanaşacağını müəyyənləşdirmək çətindi. Yalnız onu qeyd edə bilərəm ki, bu iki komanda arasındakı görüşlər həmişə azarkeşlər üçün böyük prinsipial əhəmiyyətə malik olur. Azərbaycan yığmasının heyətində Kamran Ağayevi qeyd edərdim. O, seçmə mərhələni yüksək səviyyədə keçirib. Bütövlükdə, bu yığma komanda oyununa görə çox güclü təsir bağışlayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43