Dünya futbolu

Moyesi Lopeteqi əvəz edə bilər

”Vest Hem” mövsümün sonunda Deyvid Moyeslə yolları ayırmağı düşünür.

İdmanxeber.az məlumat verir ki, “çəkicdöyənlər” təcrübəli mütəxəssisin yerinə Julen Lopeteqini gətirmək istəyir. 

Lopeteqi son olaraq “Vulverhompton”u çalışdırıb. İspaniyalı mütəxəssis ötən mövsümün əvvəlində fikir ayrılıqlarına görə klubdan ayrılmışdı.

O, 2019-20 mövsümündə “Sevilya”ya Avropa Liqasını qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43