Dünya futbolu

“Feyenoord” “Liverpul”un təklifini qəbul etməyib

”Liverpul” növbəti mövsümün komandanı Arne Slota etibar etmək istəyir.

İdmanxeber.az “The Athletic”ə istinadən məlumat verir ki, Mersisayd klubunun “Feyenoord”a ilk təklifi uğursuz olub. Niderland mütəxəssis üçün 9 milyon avro təklif edilib, ancaq Rotterdam klubu bunu qəbul etməyib. Tərəflər arasında danışıqlar davam edəcək.

Slot 2021-ci ildən “Feyenoord”da işləyir. O, ötən il komandaya Erediviziya çempionluğunu qazandırmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43